​Makedoniyada erkən parlament seçkiləri keçiriləcək

Bakı. 24 fevral. REPORT.AZ/ Bu il iyunun 5-də Makedoniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Makedonya İnformasiya agentliyi məlumat yayıb.

Fevralın 24-də parlamentdə 73 deputat bu qərarın lehinə səs verib.

İndiki parlament aprelin 7-də buraxılacaq.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10