Madrid muxtariyyətində koronavirusa yoluxanlar kəskin artıb

İspaniyanın Madrid muxtar bölgəsində COVİD-19 virusuna yoluxanların sayı son 24 saat ərzində 346 nəfər artaraq 782-ə çatıb.

“Report” RTVE-yə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 500, ölənlərin sayı isə 35 nəfərdir.

Pais Vasko (Bask Ölkəsi) muxtariyyətində 197 nəfər, La Rioxa muxtariyyətində 104 nəfər, Kataloniya muxtariyyətində 102 nəfər bu virusa yoluxub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10