Madaqaskarda təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. 19 iyun. REPORT.AZ/ Madaqaskarın paytaxı Antananarivdə kiçik təyyarə qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters"ə ölkənin Mülki Aviasiya İdarəsindən bildirilib.

Məlumata görə, hadisə dağlıq ərazidə qeydə alınıb. "Madagascar Trans Air" hava şirkətinə məxsus "Piper PA-31" təyyarəsinin qəzaya uğraması nəticəsndə 5 nəfər həlak olub. 

Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib. 

Digər xəbərlər

İran ABŞ ilə dialoqa hazırdır 28 yanvar, 2026 / 18:46
Tramp: İrana verilən vaxt bitir 28 yanvar, 2026 / 16:44