Macarıstanda terrorçuluqda şübhəli bilinərək həbs edilən Mərakeş əsilli Belçika vətəndaşı ölkəsinə ekstradisiya ediləcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarı 29 yaşlı qadının işinə baxan Budapeşt məhkəməsi çıxarıb.
Həbs edilən qadın sadələşdirilmiş ekstradisiya proseduru ilə razılaşıb və yanvarın 16-dək Belçikaya təhvil veriləcək.
Beynəlxalq axtarışına görə Belçikada verilən orderə əsasən, onu maksimum 10 ilə qədər həbs cəzası gözləyir.
20:44
Macarıstan polisi terror fəaliyyətində iştirakda şübhəli bilinərək beynəlxalq axtarışa verilmiş Belçika vətəndaşını saxlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Budapeştin Baş Polis İdarəsi məlumat yayıb.
Belçikalı 29 yaşlı qadın Nepliget avtovağzalının ərazisində tutulub.
Hazırda Macarıstanda onun ekstradisiyası məsələsinə baxılacaq.