Macarıstanda qatarla avtomobil toqquşub, 5 nəfər ölüb, 10 nəfər yaralanıb

Macarıstanın cənubunda yerləşən Çonqrad vilayətinin Mndsent şəhərində avtomobillə qatarın toqquşması nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildirilib.

Hadisə zamanı qatar relsdən çıxıb. Qatarda 22 nəfər olub.

Qəzanın səbəbi araşdırılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10