Macarıstanda MDB ölkələrindən 15 minə yaxın miqrant yaşayır

Macarıstanda MDB ölkələrindən olan miqrantların ümumi sayı təxminən 15 min nəfərdir.

"Report"un verdiyi məlumata görə, bunu Macarıstan Mərkəzi Statistika İdarəsinin prezidenti Aron Kinçes Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.

"Daxili İşlər Nazirliyinin 2025-ci ilə aid məlumatına əsasən, Macarıstanda MDB ölkələrində doğulmuş təxminən 15 min insan yaşayır. Onların əksəriyyəti Budapeştdə və ölkənin iri şəhərlərində cəmləşib. Onlar tarixi vətənləri ilə əlaqələrini qoruyub saxlamaqla, ölkənin mədəni və iqtisadi inkişafına töhfə verirlər", - o deyib.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10