Luizianadakı neft buruğunda partlayış olub, yaralananlar var - VİDEO

Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ-ın Luiziana ştatındakı Ponçartreyn gölündə yerləşən neft buruğunda partlayış baş verib. 

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Şəhərinin Polis Departamentinin nümayəndəsi Kenner Brayan Makqreqorun sözlərinə görə, yaralıların sayı arta bilər.

O, həmçinin hələ də alovun göründüyü hadisə yerinə xilasetmə gəmilərinin göndərildiyini bildirib.

Digər xəbərlər