Los-Ancelesdə parkda atışma, 7 nəfər yaralanıb

ABŞ-ın Los-Anceles şəhərində yerləşən parkların birində baş verən atışma nəticəsində azı 7 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Şübhəli və ya yaralıların şəxsiyyəti ilə bağlı məlumat verilmir.

Digər xəbərlər

Serbiya parlamenti buraxılıb 09 sentyabr, 2026 / 14:48