Böyük Britaniyanın paytaxtı Londonun qərbindəki Brentford bölgəsində yerləşən hotel yaxınlığındakı anbarda güclü yanğın başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, yanğının söndürülməsinə 15 yanğınsöndürmə maşını və 100-ə yaxın yanğınsöndürən cəlb olunub.
Britaniya paytaxtının yanğınsöndürmə idarəsinin açıqlamasında yanğının qonşuluqdakı hotelə keçdiyi bildirilir.
Hələlik yanğının başvermə səbəbi məlum deyil. Xəsarət alan olmayıb.