​Liviyanın böyük neft kəmərində partlayış baş verib

Bakı. 14 yanvar. REPORT.AZ/ Liviyanın böyük neft kəmərində partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, partlayış cümə axşamına keçən gecə kəmərin Ras-Lanuf limanına gedən qolunda qeydə alınıb.

Partlayışın məhz nədən baş verdiyi hələ ki, məlum deyil. Partladılan neft kəməri artıq iki ilə yaxındır ki, fəaliyyət göstərmir.

Digər xəbərlər

Rəfah keçid məntəqəsi açılıb 01 fevral, 2026 / 12:20