Bakı. 19 mart. REPORT.AZ/ Feldmarşal Xəlifə Bilqasim Həftarın komandanlıq etdiyi Liviya milli ordusuna məxsus “Miq-21” qırıcı təyyarəsi Benqazi şəhərində yaraqlılar tərəfindən vurulub.
“Report” “Franc Press”ə istinadən xəbər verir ki, nəticədə pilot sağ qalıb və katapult olunaraq Hay əs-Salam rayonunda yerə enib.
Onun təyyarəsi Suq əl-Hut zolağında yerə düşüb.
Təyyarə Əs-Səbri sahil rayonunda yaraqlıların mövqelərinə zərbələrin endirilməsi üzrə tapşırıq yerinə yetirirmiş, lakin düşmən ona raket atıb.