Livandan İsrailə mərmilər atılıb

Livandan İsrailin şimalındakı Meron dağı ərazisinə mərmilər atılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Livandan Meron dağı ərazisinə doğru iki mərmi atılıb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb”, - məlumatda qeyd edilib.

Digər xəbərlər