Livanda toqquşmalarda 4 nəfər öldü

Livan parlamentinin yeni hökumətin etimad səsverməsinin iclasına etiraz etmək məqsədi ilə qanunverici orqanın paytaxt Beyrutdakı binası qarşısında toplanan nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

“Report” “Al-Arabiya”ya istinadən xəbər verir ki, nəticədə 4 nəfər nümayişçi ölüb.

Qeyd edək ki, Livanda yeni hökumət yanvarın 21-də formalaşdırılıb. Bu gün parlamentdə Həsən Diyabın rəhbərlik etdiyi hökumətə etimad səsverməsi keçiriləcək. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10