Livanda qaçqın düşərgəsi yanıb, 3 uşaq ölüb

Bakı. 2 iyul. REPORT.AZ/ Livanın Kab İlyas yaşayış məntəqəsində yerləşən Suriya qaçqınları düşərgəsində yanğın baş verib.

"Report" NNA agentliyinə istinadən xəbər verir ki, nəticədə, ilkin məlumatlara görə, üçü uşaq olmaqla 4 nəfər ölüb, çoxlu sayda yaralanan var.

Yanğının səbəbi məlum deyil.

Düşərgə ərazisində təqribən 200 çadır olub.

Digər xəbərlər