Livanda daha 3 nəfər koronavirus infeksiyasına yoluxub.
“Report” xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.
Beləliklə, ölkədə koronavirus daşıyıcılarının sayı 4-ə çatıb.
Xatırladaq ki, Livanın səhiyyə naziri Hamad Həsən İranın Qum şəhərindən yenicə qayıdan Livan vətəndaşı olan qadının koronavirusa yoluxduğunu açıqlamışdı, dünyada isə bu infeksiyadan ölənlərin sayı 2 300-ü ötüb.