Livanda İsrail hücumları nəticəsində ölənlərin sayı artaraq 3 500-ə çatıb

Son sutka ərzində Livanda İsrailin aviazərbələri nəticəsində 35 nəfər ölüb, 182 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində bildirib.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri İsrailin zərbələri nəticəsində ölənlərin ümumi sayı 3 468-ə, yaralıların sayı isə 10 577-yə çatıb", - nazirliyin məlumatında qeyd olunub.

Digər xəbərlər