Litva Ukrayna üçün yeni yardım paketini elan edib

Litva Ukrayna üçün yeni yardım paketini elan edib.

“Report” xəbər verir ki, bu barədə Litvanın baş naziri İnqrida Simonyte deyib.

O bildirib ki, ayırılan vəsaitin 15 milyon avrosu Ukrayna ordusunun yenidənqurulması üçün nəzərdə tutulub.

Həmçinin 2 milyon avroya 3 min pilotsuz uçuş aparatının alınması planlaşdırılır.

35 milyon avroya Ukraynaya digər lazımı sursatlar alınacaq.

Digər xəbərlər

ABŞ İranı hədələyib 25 mart, 2026 / 22:46