Litva müdafiə xərclərini 148 milyon avro artıracaq

Litvanın müdafiə xərcləri bu il 148 milyon avro artacaq, müxtəlif növ silahların, o cümlədən Amerikanın Himars sistemlərinin alınması planlaşdırılır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin bugünkü iclasında qərar verilib.

“Biz müdafiənin maliyyələşdirilməsini artırır, bununla da parlament partiyalarının razılığını ardıcıl şəkildə həyata keçiririk”, - maliyyə naziri Gintare Skaiste bildirib.

Ölkənin müdafiə naziri Arvydas Anuşauskasın sözlərinə görə, vəsait 50 zirehli transportyor Ukraynaya verildikdən sonra Litvanın hərbi potensialının bərpasına yönəldiləcək.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12