Litva miqrantlara ölkəni tərk etmələri üçün pul ödəyəcək

Litvanın Daxili İşlər Nazirliyi Belarusdan ölkəyə keçmiş miqrantların vətənlərinə qayıtması üçün qiymətləri açıqlayıb.

“Report” “Al Arabia”ya istinadən xəbər verir ki, ölkəsinə könüllü olaraq qayıtmağa qərar verən hər miqrant 1 000 avro və evinə pulsuz bilet alacaq.

"Ümid edirik ki, bu məbləğ Litvanı könüllü olaraq tərk etmək istəyənlərin sayını artıracaq", - nazirliyin məlumatında deyilir.

Hazırda Litvada olan 3 272 miqrantdan yalnız 54-ü qaçqın statusu ilə təmin edilib.

Bundan əvvəl Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Polşadakı miqrantların Belarusa geri göndərilə bilməyəcəyi barədə qərar çıxarmışdı.

Digər xəbərlər

İraq işıqsız qalıb 04 mart, 2026 / 23:31