Litva Belarus sərhədçilərini təxribatda günahlandırıb

Litva Belarus sərhədçilərini ölkə sərhədində təxribat törətməkdə ittiham edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotayte danışıb.

O bildirib ki, 12 Belarus sərhədçisi Litva sərhədlərini pozub. Nazir hadisəni kobud təxribat adlandırıb.

“Belarusla sərhədlərin mühafizəsinin gücləndirilməsi istiqamətində qərar qəbul edilib”, - o əlavə edib.

Digər xəbərlər