Limada binada baş verən yanğında 10 nəfər ölüb

Perunun paytaxtı Limada yaşayış binasında baş verən yanğın nəticəsində 10 nəfər ölüb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, yanğın La-Viktoriya rayonunda yerləşən yaşayış binasında qeydə alınıb. Yanğının səbəbləri hələ ki açıqlanmayıb.

Digər xəbərlər