Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkiləri onun siyasi karyerasında sonuncu seçkilər olacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Le Parisien” qəzetinə müsahibəsində bildirib.
"Siyasətdə heç vaxt "heç vaxt" demirlər. Lakin düşünürəm ki, əgər məni prezident seçməsələr, bu, sonuncu seçkilər olacaq", - Le Pen qeyd edib.
Xatırladaq ki, Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərindən məqsədyönlü istifadə etməməkdə təqsirli hesab edib. İddia olunur ki, 2006-2016-cı illər arasında Le Pen partiya üçün deputat köməkçilərini saxtakarlıq yolu ilə işə götürüb.
O, 4 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın iki ili şərti, iki ili isə ev dustaqlığı şəklində tətbiq olunacaq.