Lavrov qazaxıstanlı həmkarı ilə telefonla danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nazirlər Rusiya-Qazaxıstan münasibətlərinin bir sıra aktual məsələlərini, o cümlədən ən yüksək səviyyədə qarşıdan gələn tədbirləri və hökumətlərarası sənədlərin hazırlanmasını müzakirə ediblər", - deyə diplomatik mənbə bildirib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev daha əvvəl fevralın ortalarında Rusiyaya səfər edəcəyini demişdi.

Digər xəbərlər