Böyük Britaniyanın xarici işlər naziri Liz Trass rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün sabah Moskvaya səfər edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq, beynəlxalq və regional gündəliyin aktual məsələləri, o cümlədən Avropanın təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılacaq.