Latviyada "omikron"la bağlı fövqəladə vəziyyətin müddəti uzadılıb

Latviya hökuməti koronavirusun "omikron" ştamının yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini fevralın 28-dək uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə LETA agentliyi məlumat yayıb.

Məlumata görə, bununla bağlı qərar dünən qəbul olunub.

Ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, infeksiyanın sürətlə yayılmasının qarşısını almaq üçün artıq tətbiq edilmiş epidemioloji təhlükəsizlik tədbirlərinin davam etdirilməsi zəruridir və hazırda yumşaldılma yolverilməzdir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12