Las-Veqasda naməlum şəxs avtobusda atəş açıb

Bakı. 26 mart. REPORT.AZ/ Amerikanın Las-Veqas şəhərində naməlum şəxsin avtobusda atəş açması nəticəsində azı 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli polis Lerri Hedfildə istinadən “Las Vegas Sun” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə şənbə günü 21.45 radələrində məşhur Las-Veqas-Strip bulvarında baş verib. Ərazi polis tərəfindən mühasirəyə alınıb.

"Atışma avtobusda baş verib. İnsident nəticəsində iki nəfər zərər çəkib. Onların hər ikisi tibb məntəqəsinə çatdırılıb, lakin biri ölüb", — deyə Hedfild bildirib.

Digər xəbərlər