Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib.
“Report” xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, bərk yanacaq mühərrikli “Hvason-18” raketi olub. Şimali Koreya raketin 1001 kilometr məsafə qət etdiyini iddia edib.
Böyük Britaniyanın daimi nümayəndəliyi bildirib ki, cümə axşamı BMT Təhlükəsizlik Şurası KXDR-in raket buraxılışı ilə bağlı təcili iclas keçirəcək.