Rusiyanın Saxalin vilayətində Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyası məlumat yayıb.
"Maqnituda: 5.2. Paramuşirdə hiss oluna bilərdi", - məlumatda deyilir.
Zəlzələnin episentri Severo-Kurilskdən 76 km cənub-şərqdə, ocağı 63 km dərinlikdə yerləşib.