ABŞ hava və dəniz qüvvələrinin Karib dənizində yerləşdirilməsi münaqişəyə səbəb ola bilər.
"Report" xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
"Karib dənizi hazırda ABŞ-nin hava və dəniz qüvvələrinin raket, desant və nüvə sualtı qayıqları ilə tamamilə əsassız yerləşdirməsi səbəbindən münaqişə təhlükəsi ilə üz-üzədir", - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, BMT Baş Assambleyasının palatasında heç kim Vaşinqtonun narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün yerləşdirilməsinin zəruri olması bəhanəsinə inanmır.