Krımda iki qaz kəməri partladılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Krımda Zaprudnoye kəndinin ərazisində ikinci orta təzyiqli qaz borusu partladılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Krımqazseti" şirkətinin rəhbəri Sergey Tarasov bildirib.

"Zədələnmənin təxribat ola biləcəyi ehtimal olunur", - o deyib.

Qeyd edək ki, daha əvvəl şirkət rəhbəri Krımda başqa qaz boru kəmərinin partladılması barədə ehtimal irəli sürüb.

Digər xəbərlər