Bakı. 2 fevral. REPORT.AZ/ Kosta-Rika hökuməti Venesuelanın müxalifətyönümlü parlamentinin rəhbəri Xuan Quaido tərəfindən təyin olunmuş diplomatik nümayəndəni tanıyıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kosta-Rika Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda bildirilir.
"Kosta-Rika hökuməti Venesuela prezidenti vəzifələrinin müvəqqəti icraçısı Xuan Quaido tərəfindən təyin edilmiş və bu gün xarici işlər naziri Manuel Ventura Roblesin qəbul etdiyi diplomatik nümayəndəni tanıyıb", - deyə məlumatda qeyd olunur.