Koreyanın müdafiə tədqiqat mərkəzində partlayış olub, ölən var

Koreya Respublikasının Daeceon şəhərində yerləşən Müdafiə İnkişafı Agentliyinə aid elmi laboratoriyada baş verən partlayış nəticəsində 1 əməkdaş ölüb, 5 nəfər isə yaralanıb.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə 120-dək yanğın xidməti əməkdaşı cəlb edilib, araşdırma aparılır.

Koreya Milli Müdafiə Nazirliyinə məxsus olan həmin elmi mərkəzdə qabaqcıl silah növlərinin hazırlanmasına dair tədqiqatlar aparılır.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28