Konqoda silahlılar 25 mülki sakini qətlə yetirib

Bakı. 19 fevral. REPORT.AZ/ Konqo Demokratik Respublikasının şərqində silahlıların hücumu zamanı azı 25 nəfər öldürülüb.

"Report" "France Presse"yə istinadən xəbər verir ki, hadisə Kayqala kəndində və onun ətrafında baş verib.

Şimali Kivu vilayətinin qubernatorunun sözlərinə görə, "May-May Mazembe" qruplaşmasının silahlıları dinc sakinlərin başlarını kəsib. Məmur qeyd edib ki, öldürülənlərin hamısı mülki şəxslərdir.

Hücumun səbəbi açıqlanmır.

"May-May Mazembe" qruplaşmasını nande xalqının nümayəndələri təşkil edir. Onlar bundan əvvəl ölkənin şərqində mülki sakinlərə analoji hücumda şübhəli bilinirdilər.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10