Konqoda eboladan ölənlərin sayı 490-ı ötüb

Konqo Demokratik Respublikasında ebola qızdırmasından azı 492 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə hakimiyyətin ölkədəki mövcud vəziyyətlə bağlı son hesabatında bildirilir.

Məlumata görə, mayın 15-də başlayan son alovlanma dövründə ümumilikdə 1528 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Hazırda diaqnozu təsdiqlənmiş 628 xəstə təcriddədir və ya xəstəxanaya yerləşdirilib, 239 nəfər isə sağalıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12