Konqoda Ebola virusundan ölənlərin sayı 2 642-yə çatıb

Konqoda Ebola virusundan ölənlərin sayı 2 642 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Konqonun Milli İctimai Səhiyyə İnstitutunun hesabatında bildirilib.

"Konqoda Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 5 514-ə çatıb. Son 24 saat ərzində 55 yeni yoluxma halı, 23 ölüm qeydə alınıb, 18 nəfər sağalıb. Beləliklə, epidemiya başlayandan bəri ölənlərin sayı isə 2 642 nəfərə çatıb", - hesabatda qeyd olunub.

Digər xəbərlər