Konqoda "Ebola" virusuna yoluxanların sayı 2008 nəfərə çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ümumilikdə 2008 yoluxma halı – 1914 təsdiq olunmuş və 94 ehtimal edilən, 1346 ölüm halı və 539 xəstəlikdən sağalma qeydə alınıb.