Avropa İttifaqı (Aİ) ABŞ ilə ticarət sazişinə nail olmağa dair danışıqlara sadiq qalır, lakin digər mümkün ssenarilərdən də imtina etmir.
“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin ticarət üzrə komissarı Maroş Şevçoviç Aİ Xarici Ticarət Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, avqustun 1-dən etibarən bütün Avropa mallarına tətbiq ediləcək 30 % ticarət rüsumları ilə bağlı ABŞ administrasiyasından alınan məktuba baxmayaraq, razılaşmaya nail oluna bilər.
“Buna görə də, ABŞ tərəfdaşları ilə danışıqlar davam etdiriləcək”, - M.Şevçoviç bildirib.