Kolumbiyanın torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb

Bakı. 19 May. REPORT.AZ/ Kolumbiyanın şimal-qərbində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 50-ə çatıb. "Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, sürüşməyə leysan yağışları səbəb olub.

Hadisə Salqar şəhərində baş verib. Kolumbiya prezidenti Xuan Manuel Santos xilasetmə əməliyyatlarına nəzarət etmək məqsədi ilə hadisə yerinə gedib.

Digər xəbərlər