Kolumbiyada torpaq sürüşməsindən 17 nəfər ölüb

Kolumbiyanın cənub-qərbində yerləşən Malyama bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənləri sayı 17 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Mərkəzdən məlumat verilib.

Bildirilib ki, xəsarət almış 8 nəfərdən 7-si xəstəxanadan evə buraxılıb. Təbii fəlakət zamanı 2 ev dağılıb, daha 3 evin dağılma təhlükəsi mövcuddur.

Digər xəbərlər