Kolumbiyada silahlı hücum nəticəsində 8 nəfər öldürülüb

Bakı. 31 iyul. REPORT.AZ/ Kolumbiyada silahlı hücum nəticəsində 8 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "El Tiempo" məlumat yayıb.

Məlumata görə, hadisə El-Tarra bələdiyyəsi ərazisində baş verib. Motosikletlərlə bilyard oyununun oynanıldığı binaya gələn naməlum şəxslər binanın içindəki insanlara atəş açıblar.

Hücum zamanı həmçinin daha 3 nəfər yaralanıb. Hadisənin təfərrüatı açıqlanmır.

Digər xəbərlər