Kolumbiyada şaxtada partlayış olub, ölənlər var

Bakı. 6 dekabr. REPORT.AZ/ Kolumbiyada şaxtada partlayış olub.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə ölkənin regional hökuməti məlumat yayıb.

Məlumata görə, hadisə Boyaka departamentində, Koralles bələdiyyəsinin Reyes-Patriya kəndində baş verib. Partlayış nəticəsində 6 nəfər həlak olub.

Risklərin İdarə Olunması Departamentinin rəhbəri German Bermudes bildirib ki, fövqəladə xidmətlər hadisə yerində işləyir.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10