Kolumbiyanın şimalındakı Pelaya şəhərində polis bölməsinə dron hücumu nəticəsində altı asayiş keşikçisi yaralanıb.
"Report"un məlumatına görə, Sesar departamentinin hökuməti bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Bu səhər tezdən cinayətkarlar dronların köməyi ilə Pelayada polis bölməsinə hücum ediblər. Hücum nəticəsində altı polis əməkdaşımız yaralanıb", - bəyanatda deyilir.
Qeyd edilir ki, zərərçəkənlərdən ikisi ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Yerli hakimiyyət orqanları bildirib ki, hücumda iştirak edənləri axtarmaq və yaxalamaq üçün hərbi və polis bölmələri səfərbər edilib.
Hücumçuların yerini müəyyənləşdirməyə kömək edəcək məlumata görə 150 milyon Kolumbiya pesosu (təxminən 47 min ABŞ dolları) məbləğində mükafat vəd olunub.