Kolumbiyada avtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb

Kolumbiyanın mərkəzində avtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Ölənlər arasında avtobus sürücüsü də var.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib. Avtobus ölkənin paytaxtı ilə Medellin şəhərini birləşdirən magistral yolla hərəkət edirmiş.

Digər xəbərlər

Kiyevin enerji sistemi bərpa olunur 31 yanvar, 2026 / 19:50