Kolumbiya paytaxtında aksiyalara görə vaksinasiya dayandırılıb

Kolumbiyanın paytaxtı Boqotanın Səhiyyə Nazirliyi vergi islahatına qarşı etirazlar fonunda COVID-19-a qarşı diaqnostika və vaksinləmə məntəqələrinin işini dayandırıb.

“Report” xəbər verir ki, bu barədə şəhərin səhiyyə naziri Alexandro Qomes özünün tvitterdəki səhifəsində bildirib.

"Kədər hissi ilə COVID-19 diaqnostikası məntəqələrini, həmçinin vaksinləmə məntəqələrini bağlamağa göstəriş verdim. Cari şərtlər iş gününü davam etdirməyə imkan vermir", - nazir yazıb.

Boqota hökumətinin qərarı şəhər sərnişin nəqliyyatının işinin dayanmasından sonra qəbul edilib. Belə ki, çərşənbə günü etirazların gedişatında nümayişçilər şəhər yollarının əhəmiyyətli hissəsini bloklayıblar.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43