Koloradoda məktəbin yaxınlığında atışma olub, xəsarət alanlar var

ABŞ-da Kolorado ştatının Aurora şəhərində yerləşən məktəbin yaxınlığında baş verən atışmada ən azı 5 yeniyetmə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli polis tvitterdə məlumat yayıb.

Atəş açmaqda şübhəli bilinən şəxsin hadisə yerindən qaçdığı bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, yaralılar 14-17 yaş arası olub və xəstəxanaya çatdırılıblar.

Digər xəbərlər