Almaniyanın Köln şəhərinin mərkəzində II Dünya müharibəsi dövründən qalmış bomba tapılıb.
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, çəkisi 500 kq olan ABŞ istehsalı bomba yanvarın 20-si axşam saatlarında mühüm dəmiryolu körpüsünün yanında tikinti işləri zamanı ortaya çıxıb.
Əhali evakuasiya edilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bomba bu gün günorta saatlarında uğurla zərərsizləşdirilib.