Mayın 7-sinə keçən gecə Ukrayna paytaxtı Kiyev kütləvi hücuma məruz qalıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Fövqəladə Hallar Xidmətinin rəsmisi Pavlo Petrov bildirib. Onun sözlərinə görə, ballistik raketlər və dronlarla şəhərə hücum olub.
Hücumlar nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. O cümlədən, yaşayış binaları, avtomobillər zərər görüb.