KİV: Tramp Putinlə telefonla danışıb

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

V.Putinin köməkçisi Yuri Uşakov məlumatı təsdiqləyib. O, qeyd edib ki, danışıq 40 dəqiqə davam edib.

Daha əvvəl Almaniyanın "Вild" qəzeti də bildirib ki, ABŞ Prezidenti rusiyalı həmkarına zəng etmək üçün Avropa liderləri ilə görüşü yarımçıq dayandırıb. Qeyd edilirdi ki, görüş zəngdən sonra davam edəcək.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10