KİV: “Slovakiya konstitusiyasına dəyişikliklərlə bağlı referendum etibarsız elan ediləcək”

Slovakiya konstitusiyasına dəyişikliklərlə bağlı referendum aşağı fəallıq səbəbindən etibarsız elan ediləcək.

“Report” xəbər verir ki, bu barədə “TA3” telekanalı Dövlət Statistika İdarəsinə istinadən məlumat yayıb.

Telekanalın təqdim etdiyi ilkin məlumatlara görə, parlamentin səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məqsədilə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referenduma vətəndaşların təxminən 27,26 %-i qatılıb, lakin onun tanınması üçün səsvermə hüququna malik ölkə vətəndaşlarının yarıdan çoxunun iştirakı tələb olunur.

Slovakiya Statistika İdarəsinin qeyri-rəsmi məlumatlarına görə, səsvermədə iştirak edənlərin 97 %-i konstitusiyaya dəyişiklikləri dəstəkləyib.

Digər xəbərlər