KİV: Kit Kelloq ötən gün Ukraynanı tərk edib

ABŞ Prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq iyulun 16-da Ukraynanı tərk edib.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, K.Kelloq iyulun 14-də Ukraynaya səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı NATO ilə yeni saziş çərçivəsində Kiyevə ABŞ silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib.

Digər xəbərlər

Moldova MDB-dən çıxır 19 yanvar, 2026 / 22:20